Kiminsə gözlərinin nə rəng olduğunu bilmək, nədənsə, utanılacaq bir şey imiş kimi gəlib mənə. 


Atamla ən oxşar cəhətimiz ikimizin də az danışan olmağıdı. Amma atamda olan daha fərqlidi. Mən, özümə yaxın bildiyim, yaxın hiss elədiyim adamlarla olanda o xüsusiyyətimi itirirəm. Atam isə elə deyil. Onun üçün qarşısındakının yaxın və ya uzaq olması fərq etmir. 

Balaca olanda fikirləşirdim ki, mən “susan adamın az danışan oğlu”yam. Onun məni nə vaxtsa danladığını da xatırlamıram. Olub bəlkə də, ama çox az. Baxmağı kifayət idi səhv və ya düz bir şey elədiyimi anlamaq üçün. O danışmaq əvəzinə baxmağı seçib sanki. Baxışları ilə deyirdi hər şeyi. Bəlkə də çox danışmayıb deyə, mən onunla o cür əlaqə qurmağa çalışmışam.

Baxışların önəmli ola biləciyini, onun sayəsində öyrənmişəm. Kimsə baxışlarına görə doğma gələ bildiyi halda, kiməsə qarşı tanımadan uzaqlıq hiss edə bilərəm.

enelou:

Hər qapının açarı var ama bəzən içəri girə bilmək üçün açarın olması kifayət eləmir.

Bəzən qapını döyüb gözləmək qalır.

Она протягивала ко мне руки, а я, не зная, как их взять, поломал ей пальцы своим молчанием.

Д.С. Фоер



İnsanlarla münasibətdə ən yaxşısı özünü saf göstərməkdir. Səni saf görəndə, ya bundan istifadə eliyirlər, ya da saf olmağını sevirlər. Adətən birincilər özünü daha tez biruzə verir. Ona görə də, qarşındakının necə adam olduğunu tez başa düşmək olur. 

Hə bir də, yox deməyi bacarmayanlar heç vaxt xoşbəxt olmur.